Bu günə xəbərlərin oxunma sayı: 754
— 24.04.2018 13:05

Şəmkirdə baytarlar proflaktik tədbirlər həyata keçirir

KepezTV Player

Şəmkirdə mal-qaranın baş sayında müşahidə olunan artım heyvanların düzgün və vaxtında peyvənd edilməsini vacib edir. Hazırda rayondakı təsərrüfatlarda bəslənən iri buynuzlu heyvanların baş sayı 61 minə, xırda davarların sayı isə 294 minə çatıb. Heyvanları müəyyən xəstəliklərdən qorumaq məqsədi ilə rayon Byatralıq İdarəsinin həkimləri aprelin əvvəlindən növbəti proflaktik tədbirlərə başlayıb. İri buynuzlular arasında qarayara əlehinə peyvəndləməni başa çatdıran baytarlar bruselyoza qarşı qan nümunələri götürüblər. Laborator müayinələrin nəticəsi heç bir yoluxucu xəstəliyin aşkarlanmadığını deməyə əsas verir.

Məmməd Qasımov Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: Şəmkir rayonunda epizootik tədbirlər planına uyğun olaraq iri və xırda buynzulu heyvanlar vaxtlı-vaxtında müayinə müalıicə olunurlar. Rayon ərazisində epizootik durum sabitdir. Heyvanlar arasında heç kütləvi ölüm halları müşahidə olunmayıb.

Natiq Hüseyn