• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4311
— 23.04.2018 14:43

Azərbaycan birinciliyində pley-off mərhələsi başlayıb

KepezTV Player

Aşağı yaş qrupları üzrə futbolçular arasında keçirilən Azərbaycan birincliyində qrup mərhələsinə yekun vurulub. Komandalar artıq II pley-off mərhələsində mübarizə aparırlar. 5 yaş qrupunda Qərb zonasında reallaşan üzrə yarışlarda Qazax, Ağstafa, Tovuz və Gəncə təmsilçiləri çıxış edir. Bu mərhələdə 14 yaşadək futbolçuların yarışında püşkə əsasən, Nizami yurdunun iki komandası bir-birinə rəqib olub. “Kəpəz”in müvafiq yaş qrupu üzrə komandası 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbini təmsil edən kollektivlə cüt təşkil edib. Komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməyib. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu həftəsonu keçiriləcək təkrar matçda mübarizəni davam etdirəcək komandanın adı məlum olacaq.

Azad Rəfi