• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 20.04.2018 13:18

Evdən silah tapıldı

KepezTV Player

 Polis Nardaran sakininin evindən silah aşkar edib. Daha bir nəfər isə silahını könüllü polisə təhvil verib.

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini İsrayıl Səmədzadədə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. İsrayıl Səmədzadə ifadəsində silahı yaşadığı evin həyətində torpağa basdırdığını deyib. Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, saxlanılan şəxsin torpağa basdırdığı 1 ədəd “PATENT” markalı Kollat konstruksiyalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 42-ci Polis Şöbəsi əməkdaşlarının Nardaran qəsəbəsi sakinləri ilə apardıqları profilaktik tədbirlər nəticəsində isə qəsəbə sakini Əli Hüseynov 1 ədəd müvafiq sənədləri olmayan “TOZ 16” markalı ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil verib.