• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 20.04.2018 13:41

Evdən oğurluq edən şəxsin digər cinayətləri də üzə çıxdı

KepezTV Player

Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Həbib Həsənovun evindən oğurluq edilib. Zərərçəkən Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə şikayət edərək mənzilindən pul və qızıl-zinət əşyalarının aparıldığını bildirib. Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən keçmiş məhkum, Masallı rayon sakini Rafiq Mirağayev saxlanılıb. İstintaq zamanı onun digər oğurluq cinayətlərinin də üstü açılıb və ifadəsində əməllərini boynuna alıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.