• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 20.04.2018 11:02

500 min Lego kubları ilə Toyota Camry düzəltdilər

Legonun sertifikatlı mütəxəssisi avstraliyalı Rayan Brikman Maknot Toyota Camry avtomobilinin ən son nümayəndəsini Lego kubları ilə yığıb. Modelin ümumi çəkisi 2 ton təşkil edib, onun hazırlanmasına isə 2 aydan da çox vaxt sərf olunub. Lego Camry 500 000 detaldan ibarətdir. Onun bütün lazım olan loqotipləri və emblemləri, həmçinin işlək faraları, arxa fənərləri və dönmə işıqları var. Maşının yığılması 900 saat vaxt aparıb ki, bu da əsil Toyota Camry modelinin istehsalına sərf olunan vaxtdan 40 dəfə çoxdur. Tam ölçülü Lego Camry, Maknotun Brickman Awesome qalereyasında aprelin sonlarından sərgilənəcək.