Şəhər yığmasının üzvləri yarışda müxtəlif əyarlı 9 medal qazanıblar.
Uşaq və yeniyetmələr arasında keçirilən respublika birinciliyində Gəncə komandası 10 çəkidə eyni sayda idmançı ilə təmsil olunub. Nizami yurdunun təmsilçilərindən 3-ü yarışın baş mükafatına yiyələnib. Yalnız finalda uduzan 3 döyüşçü gümüş və daha 3 idmançı isə bürünc mükafat əldə edib.
Gəncə komandasının üzvlərindən Hihad Məmmədov, Kamran Quliyev və Həsən Cəfərov yarışın qalibi olub. Təvəkkül Məmmədov, Məhərrəm Hüseynzadə, Mehdi Xudiyev birincilikdə 2-ci, Fəxrəddin Əliyev, Şəmistan və Firdovsi Məmmədzadə isə 3-cü yeri tutub.
Respublika yarışları ilə yanaşı, beynəlxalq arenalarda da gücü sınayan juboksinqçilər Rusiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Azad Rəfi
- Baxış: 1198