• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 16.04.2018 13:41

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb. Neftçala sakini 24 yaşlı Rza Niftəliyev idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Xaçmaz rayonunda 28 yaşlı Adəm Məmmədovun idarə etdiyi “VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Nəticədə Adəm dünyasını dəyişib. O, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşıdır. Füzulidə də yol qəzası olub. 24 yaşlı Elməddin Əsgərzadə "Niva" markalı avtomobildə idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı ağaca çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Bakının Nizami rayonunda isə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 8-ci kilometr ərazisində avtomobil Əkbər adlı şəxsi vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.