• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2315
— 11.04.2018 14:18

Goranboyda da seçkilərdə yüksək seçici fəallığı müşahidə olunur

KepezTV Player

96 saylı Goranboy –Naftalan seçki dairəsi üzrə 49 məntəqədə 49 min 25 seçici qeydə alıb. Prosesi dairə üzrə 504 yerli, eləcə də xarici müşahidəçilər izləyir. 7 məntəqədə quraşdırılan kameralar səsverməni canlı izləmək imkanı yaradıb.

97 saylı Goranboy Ağdam Tərtər seçki dairəsi üzrə də seçici fəallığı yüksəkdir. 56 məntəqə üzrə 39 min 477 səsvermə hüquqlu vətəndaşın qeydə alındığı dairədə seçkiləri müxtəlif partiyalardan, eləcə də qeyri hökümət təşkilatlarından 555 yerli müşahidəçi izləyir.

Məlumatların Seçkilər İnformasiya mərkəzinə operativ ötürülməsi üçün rabitə və internet xətlərində problem yoxdur, məntəqələrdən 6-da veb kameralar quraşdırılıb.   

Hər iki dairə üzrə əldə etdiyimiz son məlumata görə, səsvermə ilə bağlı hər hansı neqativ hal barədə məlumat daxil olmayıb.

 

Elton Cabbarlı