• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 10.04.2018 13:41

Köşkü yarmaq istəyən gənc ələ keçdi

KepezTV Player

Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan köşklərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal idarənin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisləri tərəfindən saxlanılıb.

Sabunçu RMİ-nin əməkdaşı : “Saxlanılan şəxsin üzərindən narkotik maddə, kəsici-deşici alət də aşkar olunub. Bölməyə təhvil veriləndən sonra saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Gürcüstan vətəndaşı Yolçuyev Nicat İntiqam oğludur”.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Nicat Yolçuyevin başqa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.