• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 10.04.2018 13:28

7 yaşlı qızı it dişlədi

KepezTV Player

Cəlilabadda azyaşlı uşağı it dişləyib. Hadisə rayonun Cəfərxanlı kəndində qeydə alınıb. 7 yaşlı Zəhrə Qubadova əmisinin evindən qayıdarkən qəfildən sahibsiz it ona hücüm edərək sinə və qol nahiyələrini dişləyərək xəsarət yetirib. Azyaşlının qışqırıq səsinə gələn əmisi onu itin pəncəsindən alıb. Zəhra Qubadova yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona quduzluq əleyhinə vaksin vurulub.