• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 09.04.2018 13:26

Civə satmaq istəyi gözündə qaldı

KepezTV Player

Hüquq mühafizə orqanı əməkdaşları insan sağlamlığına mənfi təsir göstərən, zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxsi saxlayıblar. Əməliyyat paytaxtda keçirilib. Təfərrüatları izləyək.

Nizami Rayon Polis İdarəsinə Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istədiyi barədə məlumat daxil olub. Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi və RPİ-nin 25-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Masallı sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb.

Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.

Faktla bağlı toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.