• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1251
— 09.04.2018 13:15

Keçmiş məhkum qətl törətdi

KepezTV Player

Masallının Mollaoba kəndində qətl hadisəsi baş verib. Qəbiristanlıqda kənd sakini 48 yaşlı Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub. Şamaxı şəhərində də qanlı olay baş verib. 48 a məhəlləsində yaşayan 27 yaşlı Nurlan Şirinov naməlum şəraitdə bıçaqlanıb. O, Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Əməliyyat olunan xəstənin vəziyyəti orta-ağırdır. Gəncin kim tərəfindən bıçaqlandığı məlum deyil. Sumqayıtda isə döyülmə hadisəsi baş verib. Hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. 48 yaşlı Kənan Şərifov ailə münaqişəsi zəminində qardaşı 43 yaşlı İmran Şərifovu və atası, 61 yaşlı Şərif Şərifovu döyüb. Yaralıların sözlərinə görə, Kənan əzizlərinə güldan və bellə xəsarətlər yetirib. Hər iki yaralı dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan ata və oğulun vəziyyəti ağırdır.Polis qəzəbinə hakim kəsilə bilməyən Şərifovu saxlayıb. Faktlarla bağlı araşdırma aparılır.