• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 06.04.2018 20:11

Göygöldə partlamamış hərbi sursat aşkarlanıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Quşqara kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən  adı çəkilən ərazidə çay dərəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat 1 ədəd 120 mm-lik top mərmisi  və 2 ədəd 120 mm-lik minaatan mərmisi , 1 ədəd boş giliz və 1 ədəd partlamış mərmi qalığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərmilərin ətrafında 5 000 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.