• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 857
— 06.04.2018 13:20

Mobil telefonlar oğurladı

KepezTV Player

Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən elektron avadanlıqları satılan mağazalardan birindən soyğunçuluq edilib. Belə ki, mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan qiymətləri 1800 və 1600 manat olan 2 mobil telefonu götürərək hadisə yerindən qaçıb.Olay barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən Göyçay sakini Yusif Sadıqov saxlanılıb. İlkin ifadəsi zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib.Sadıqov mağazanın Nizami rayonunda yerləşən filialından da iki ədəd mobil telefon oğurlayıb.