• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 04.04.2018 13:27

Fotostudiyadan 35000 manatlıq oğurluq edən dəstə yaxalandı

KepezTV Player

Bakının Nərimanov rayonunda yerləşən, paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib. Obyektin qapısını sındıran naməlum şəxslər oradan külli miqdarda dəyəri olan avadanlıq oğurlayıblar.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər - Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, obyektə daxil olan Ceyhun və Elmir olub. Maşallah Qurbanov isə fotostudiyadan bir qədər kənarda dayanaraq gəlib-gedən barədə digər dəstə üzvlərinə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb. Şöbədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.