• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 03.04.2018 21:00

Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs tutulub

KepezTV Player

Şəki Regional Perinatal Mərkəzinin direktoru saxlanılıb. Şəhər sakini, 31 yaşlı Türkan Məmmədovanın martın 28-də qeysəriyyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində  zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib. Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanuna müvafiq qərarın qəbul edilməsi təmin ediləcək.