• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 31.03.2018 16:21

“Kəpəz” doğma meydanda “Zirə”ni qəbul edəcək

KepezTV Player

Futbol üzrə Azərbaycan yığma komandasının təlim-məşq toplanışı və yoxlama oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış 17 günlük fasilə sabah başa çatır.  Aprelin 1-i və 2-də Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçiriləcək. Tur Gəncədə başlayacaq. “Kəpəz” doğma meydanda “Zirə”ni qəbul edəcək. Oyun saat 15:00-da start götürəcək. Qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” dünən Nizami yurduna gəlib. Komanda oyun öncəsi son məşqinə görüşün reallaşacağı şəhər stadionunda çıxacaq.

Azad Rəfi