Suraxanı rayonu, Zığ şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gürcüstan vətəndaşı, 37 yaşlı Aleksandr Balısnıyın idarə etdiyi "Mercedes" markalı avtomobil qarşıdan gələn, Söhrab Məmmədun sükanı arxasında olduğu "Ford" markalı yük maşınının yoluna çıxıb. Nəqliyyat vasitələrinin toqquşması nəticəsində Söhrab Məmmədun ayağı sınıb. Mercedes"in sürücüsü isə həyatını itirib. Onun cansız bədənini deformasiyaya uğramış maşından Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxarıblar. Sabunçu rayonu Maştağa qəsəbəsində isə 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 37 yaşlı Elçin Quliyev yolu keçmək istəyərkən onu "London taksisi" vurub. Yaralı avtomobilin sürücüsü tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin verdiyi məlumata görə, piyadanın hər iki ayağında açıq sınıq aşkarlanıb. O, əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Yevlax rayonunda avtomobil vuran piyada həyatını itirib. Şəhər sakini, 59 yaşlı İbrahim Cəlilov xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. O, "Shacman" markalı yük avtomobilinin sürücüsü olub. Hadisə isə onun maşından düşərək dükana getmək istədiyi zaman baş verib.
- Baxış: 784