• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 29.03.2018 15:21

Qəzalar ağır nəticələrlə yadda qaldı

KepezTV Player

Bakının Xəzər rayonu Qala qəsəbəsində qatar dəmir və avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman yüksək sürətlə gələn "Mitsubishi" markalı maşın ona çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü ilə sərnişini xəsarət alıblar. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərinin verdiyi məlumata görə, 20 yaşlı Həsən Hüseynovun vəziyyəti ağırdır.

İmişlidə də 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Heydər Əliyev prospektində “Mercedes” markalı minik avtomobili ilə “VAZ”ın toqquşması nəticəsində 21 yaşlı Azər Məmmədli ilə 26 yaşlı Sənan Ağalarov sağlamlıqlarından olublar. Onların müalicəsi İmişli Mərkəzi Rayon Xəstəxanasında aparılır. Polis faktlarla bağlı araşdırmaları davam etdirir.