• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 28.03.2018 22:34

4 nəfərdən ibarət ailə evsiz qaldı

KepezTV Player

İmişlidə yanğın hadisəsi baş verib.Nəticədə 4 nəfərdən ibarət bir ailə evsiz qalıb. Hadisə Şahverdili kəndində qeydə alınıb. Səmədov Səmədə məxsus ümumi sahəsi 28 m² olan birmərtəbəli 2 otaqlı evdə başlayan yanğın qısa müddətdə güclənib. Alov qapını tutduğu üçün ev sakinləri pəncərədən çıxaraq özlərini son anda xilas edə biliblər. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb digər tikililərə keçməsinin qarşısı alınıb.