• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 28.03.2018 13:16

Ağır yol qəzaları 7 nəfəri xəstəxanalıq etdi

KepezTV Player

Abşeronun Saray qəsəbəsi ərazisində ikisi uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Niva" markalı avtomobil Bakı-Sumqayıt şossesinin Saray qəsəbəsi ərazisində, yol kənarında dayanmış "VAZ-2106" markalı maşına çırpılıb. Nəticədə "VAZ-2106"da olan 50 yaşlı Leyli Məmmədova, 54 yaşlı Oktay Məmmədov, 20 yaşlı Aytac Məmmədova, 9 aylıq Okyat, 4 yaşlı Leyli müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, 50 yaşlı qadının vəziyyəti ağırdır. Lənkəranda da yol qəzası olub. Şəhər sakini, 35 yaşlı Zamin Xudiyevin sükanı arxasında olduğu "VAZ 2106" markalı avtomobilin qarşısına inək çıxıb. Xudiyev heyvanı vurmamağa çalışıb, nəticədə idarəetməni itirib və maşın yolun kənarındakı dayanacağa çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Goranboyda “VAZ-2106” markalı avtomobil aşıb. Sürücü 22 yaşlı Əli Əliyev xəsarət alaraq Rayon Mərkəzi Xəstəxananasına yerləşdirilib. Tibbi müdaxilədən sonra, vəziyyətinin kafi olduğu bildirilir. Faktlarla bağlı araşdırma aparılır.