• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 28.03.2018 11:01

Yerin düz olduğuna inanan şəxs əldəqayırma raketlə göyə uçdu

Amerikalı mühəndis və keçmiş limuzin sürücüsü Maykl Hyuz özünün düzəltdiyi raketlə göyə uçub. Buxar mühərrikli raket hələ noyabr ayında uçuş həyata keçirməliydi. Lakin həmin vaxt ABŞ dövlət rəsmiləri bu təhlükəli uçuşun baş tutmasına razılıq verməyiblər. Yeni cəhd Kaliforniyanın Mohava səhrasında reallaşıb. Mühəndis raketlə 571 metr yüksəkliyə qalxıb, daha sonra Yerə iki paraşütün köməyilə qayıdıb. Mühəndis istedadına baxmayaraq Hyuz elmə inanmadığını və Yer kürəsinin düz olduğunu hesab edir. 2014-cü ildə də Maykl özünün düzəltdiyi raketlə uçuş həyata keçirib. Həmin vaxt o, 400 metr yüksəkliyə qalxıb və sonra səhraya düşüb. Nəticədə kiçik travmalar alan Hyuz 3 gün xəstəxanada qalmalı olub. Maykl Hyuz hətta Ginnesin rekordlar Kitabına düşüb. Belə ki, o, Lincoln Town Car adlı limuzinlə 31 metr tullanışa nail olub.