• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2004
— 27.03.2018 16:35

“Kəpəz” III dövrədə qarşısıalınmazdır

KepezTV Player

17 yaşlı futbolçular arasında keçirilən Azərbaycan birincliyində 25-ci turun oyunları reallaşıb. Hesabat turunda “Kəpəz”in müvafiq yaş qrupu üzrə komandası Gəncədə “Neftçi” İdman Klubunun futbolçuları ilə qarşılaşıb. 3-cü dövrə başlayandan qələbələri sıralayan “sarı-göylər” bu oyundan da uğurlu nəticə ilə ayrılıblar. İbrahim Hüseynovun yetirmələri rəqib qapısından 6 cavabsız top keçiriblər. Bu qələbədən sonra “Kəpəz” xallarının sayını 43-ə çatdırıb. Gəncəlilər 12 kollektivin çıxış etdiyi yarışda turnir cədvəlində 6-ci pillədə qərar tutublar. Komanda çempionatda növbəti matçını aprelin 2-də səfərdə “Zirə”yə qarşı keçirəcək.

Azad Rəfi