• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 26.03.2018 14:19

Göygöl Olimpiya İdman Kompleksində basketbolun 3x3 növü üzrə turnir keçirilib

KepezTV Player

Novruz bayramına həsr olunan yarışda 18 komanda qüvvəsini sınayıb. Bakı, Gəncə, Cəlilabad və Göygöldən olan kollektivlərlə yanaşı, yarışda ölkəmizdə təlim-toplanışında olan Türkmənistan basketbolçuları da iştirak edib. Elə turnirin qalibi də Orta Asiya təmsilçisi olub. Türkmənistanın 23 yaşlılardan ibarət komandası finalda Bakının “Feniks” kollektivinə qalib gəlib. 3-cü yeri isə Nizami yurdunu təmsil edən “Gəncə NTD” tutub. Bu komandanın heyətində Ukraynada legioner həyatı yaşayan Amil Həmzəyev də çıxış edib.

Qeyd edək ki, ənənəvi turnir ikinci dəfə qərb regionunda reallaşıb.

Azad Rəfi