Bu günə xəbərlərin oxunma sayı: 1331
— 19.03.2018 14:23

“Şəmkir” liderliyi ələ aldı

KepezTV Player

Region Liqasında III dövrəyə start verilib. Şimal-Qərb regionu üzrə Qərb zonasında VII tur çərçivəsində “Şəmkir” Mingəçevirin “Energetik” komandası ilə qarşılaşıb. Yerli Olimpiya İdman Kompleksində keçirilən oyun 4 komandanın çıxış etdiyi qrupun mərkəzi görüşü olub. Səfər matçına turnir cədvəlinin lideri kimi gələn qonaqlar məğlubiyyətə üzülərək ilk pilləni “qırmızı-ağlar”a təhvil veriblər. Gərgin mübarizə şəraitində keçən oyun 3:2 hesabı ilə nəticələnib. “Şəmkir”dən Qeyrət Qənbərov, Kənan Qocayev və Tural Vəlizadə fərqlənib.

Hesabat turunda keçirilməli olan “Xəmsə” – “Göyəzən” oyunu yağışlı hava şəraitinə görə təxirə salınıb.

Region Liqasında növbəti tur martın 31-i aprelin 1-i tarixlərində keçiriləcək.

Azad Rəfi