• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 16.03.2018 11:01

Yeni Zelandiyada yeni uçan taksi sınaqdan keçirildi

Amerikanın Kitty Hawk şirkəti Yeni Zelandiyada hibridli uçan taksini sınaqdan keçirib. Prototipin testləri oktyabrdan başlayıb. Cora adlı uçan aparat aerotaksi rolunu oynayacaq. Yığcam qanadlara malik qurğunun P obrazlı lələkli quyruğu var. Hər qanadda 6 elektromotor qərarlaşıb. Onlar aparata şaquli vəziyyətdə uçmağa və eniş etməyə imkan verir. Arxada iki yerlik kabinə var. Avtonom rejimdə uça bilən aerotaksi yalnız elektromorla işləyir və ətraf mühitə heç bir mənfi təsiri yoxdur. Coranın maksimal uçuş məsafəsi 100 kilometrdir. Onun ən tezi 3 il ərzində satışa çıxarılacağı gözlənilir.