• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 15.03.2018 13:50

Oğurluq faktlarının üstü açıldı

KepezTV Player

Gəncədə oğurluq faktlarının üstü açılıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin yanvar ayınadək olan müddətdə Gəncə şəhərində 1 evdən və 2 mağazadan pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Eşqin Qurbanov saxlanılıb.

Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən isə martın 14-nə keçən gecə Seyfəli kəndində kənd sakini Dilqəm Hüseynova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb. Məlum olub ki, oğurluq hadisəsini törədən şəxs Asif Aslanovdur. Faktlar araşdırılır.