• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1648
— 14.03.2018 14:58

Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib

KepezTV Player

Dam örtüyünün təmiri, torpaq sahəsi və işlə təminat, kommunal problemlərin həlli. Gəncədə 100-dən artıq sakini bu tip məsələlər narahat edir, hansı ki, müraciətlərini şəhər rəhbərliyinə ünvanlayıblar. Həmçinin mənzil şəraitinin yaxşılaşdırılması və müalicə üçün köməkliyin edilməsini də icra başçısından istiyənlən olub. Qaldırılan məsələlərdən 53-ü müsbət həllini tapıb, 39 nəfərə isə müvafiq izahat verilib. Vətəndaş qəbulunda öncəki görüşlərdə məsələləri həllini tapan sakinlər minnətdarlıq ifadə ediblər.