• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 14.03.2018 11:02

Toyota Auris bir cüt hibrid güc sistemi qazandı

Toyota şirkəti yeni nəsil Auris heçbeki hazırlayıb. 5 qapılı maşın bir cüt hibrid güc sistemilə təklif olunacaq. Aqreqatlardan biri 1,8 litrlik benzin atmosfer mühərrikdir. O, 122 at gücündədir. İkinci 2 litrlik atmosfer mühərrikin gücü isə 180-ə bərabərdir. Aqreqatlar, qənaətcillik və dinamik göstəricilər barədə ətraflı məlumat yoxdur. Yeni Toyota Auris həmçinin 1,2 litr həcmli 116 at güclü benzin turbomotorla da əlçatan olacaq. Ən son Aurisin uzunluğu 4,4 metr, eni 1,8, hündürlüyü 1,4, təkər bazası isə 2,6 metr ölçüsündədir. Belədə yeni heçbek əvvəlkindən 40 millimetr uzun, 40 millimetr enli və 25 mm alçaqdır.