Göygöldə rayon mərkəzini 3 kəndlə birləşdirən yol yenidən qurulur. Nəticədə əhalinin gediş-gəlişi rahatlaşacaq, bazarlara çıxış imkanları artacaq.
Dilən Rüstəmov sakin:“52 yaşım var. Bu 52 ildə bizim yolların heç yaxşı vəziyyəti olmayıb. Kənt təsərrüfatı məhsullarını Gəncə şəhərinin bazarına çıxarıb sata bilmirdik. Sağ olsunlar indi 10 metr enin də yol çəkilir”.
Çaylı, Pənahlılar və Dozular kəndlərini birləşdirən yol 18 km uzunluğundadır. Yolun 15 km-də torpaq bərkitmə işləri başa çatıb, yol yatağı genişləndirilib. 500 ailənin yaşadığı kəndlərə gedən yola maydan asfalt örtüyünün salınmasına başlanılacaq.
Əhliman Pənahov sürücü: “Göygöl rayonun Pənahlılar kəndin də yaşayıram. Bizim yollar çox pis vəziyyət də bərbad idi. Sürücüyəm rayonumuza, şəhərə getmaya yollar çox qısa, 2-3 m enində idi. Maşın zorla keçirdi”.
Məsim Abbasov sakin: “Bizimi bu yollar çox bərbad vəziyyətdə idi. Gəncəyə, rayona gedib gəlməyə bu yollardan çox çətinlik çəkirdik. Bizim yollarda abadlıq işləri aparırlar. Yolları genişləndirirlər. Sağlıq olsun bu yollar düzəlsin, asfalt olsun bu camaatın vəziyyəti daha da yaxşılaşacaq”.
Həmçinin Çaylı kəndin gedən yolda Kürəkçayın üzərində uzunluğu 54 m, Pənahlılar kəndində isə uzunluğu 39 m olan iki körpü də təmir edilir. İşlərin palanlaşdırılan vaxda yekunlaşması üçün 10 ağır texnika və 20 canlı qüvvə çalışır.
- Baxış: 836