• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 09.03.2018 14:55

Gəncəli çalışdrıcı “əməkdar məşqçi” adı alıb

KepezTV Player

5 mart bədən tərbiyəsi və idman günü münasibətilə Milli Olimpiya Komitəsində təltif edilənlər sırasında Gəncənin basketbol üzrə yığma komandasının baş məşqçisi Rizvan Səfərov da olub. Təcrübəli çalışdırıcı “əməkdar məşqçi” adına layiq görülüb.

Uzun illər Gəncə basketbolunun inkişafında xüsusi xidmətləri olan Səfərov yüzlərlə idmançının yetişməsində əvəzsiz rol oynayıb. Onun rəhbərlik etdiyi komandalar uşaq, yeniyetmə və gənclər arasında respublika birinciliklərində, müxtəlif səviyyəli beynəlxalq turnirlərdə bir çox uğurlara imza atıblar. Vaxtilə Rizvan Səfərovun rəhbərliyi altında oynamış Amil Həmzəyev millinin heyətində Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının qalibi olub.  

Müsahibimiz məşqçi kimi 1 nömrəli Gənclər İdman Şahmat Məktəbində fəaliyyət göstərir. O, burada gənc nəslə basketbolun sirlərini öyrədir.

Rizvan Səfərov peşəkar basketbolda da bir sıra nailiyyətlər əldə edib. Onun başçılığı ilə Gəncə komandası 2013-cü ildə Azərbaycan çempionatının 1-ci dəstəsini lider kimi başa vurub. 1 il sonra isə Nizami yudunun komandası yüksək liqada gümüş mükafatçı olub.

 

Orxan Cəfərzadə