• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2522
— 08.03.2018 14:52

Masallı sakini əməliyyatla saxlanıldı

KepezTV Player

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Masallı şəhər sakini Seyfəddin Hüseynov istifadəsindəki “Land Rover ” markalı avtomobillə rayonunun Mollaoba kəndində olarkən polis şöbəsinin balansında olan “Chevrolet Niva” markalı avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra Boradigah qəsəbə sakini Natiq Bəşirova məxsus “Mercedes Benz” markalı avtomobili və rayonun Dəmirçi kənd sakini Rüstəm Məmmədovun istifadəsində olan “VAZ 2107” markalı avtomobili əzməklə onlara maddi ziyan vurub. Seyfəddin Hüseynovun idarə etdiyi avtomobil hadisə yerindən 2 kilometr aralıda qapıları bağlı vəziyyətdə aşkar olunub, özü isə oradan qaçaraq gizlənib. Ancaq polis Seyfəddin Hüseynovu yaxalayaraq istintaqa təhvil verib.