• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 07.03.2018 13:08

Məktəb binasında yanğın oldu

KepezTV Player

Qəbələ rayonunda yanğın hadisəsi olub. Rayonun ucqar dağ kəndi olan Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Yanğın dərslər başa çatdıqdan sonra baş verdiyindən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı