KepezTV Player
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə əhalini narahat edən müraciətləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dinləyib. Qəbulda Kəlbəcərdən olan məcburi köçkünlərlə yanaşı, Gəncə, Samux, Göygöl və Goranboyda yaşayan 20-a yaxın vətəndaşın problemlərinə baxılıb. Qaldırılan məsələlər, əlil uşaqların müalicəsi və əlil arabaları ilə təminatı, qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlərlə bağlı olub. Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.
Natiq Hüseyn
- Baxış: 739