• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 02.03.2018 15:27

Gəncəli həkimələr İsrailli həmkarlarının təcrübələrindən yararlanacaqlar

KepezTV Player

İsrailli həkimlər Gəncədə səfərdədir. Ortoped, travmatoloq, ginekoloq, nevroloq, onkoloqlardan ibarət briqada apardıqları elmi araşdırmalar, əldə etdikləri nəaliyyətlər və istifadə olunan ən son texnologiyalar barədə məruzələrlə çıxışlar ediblər. Dünyanın bir çox ölkəsi, o cümlədən possovet məkanı və Yaxın Şərqdə həyata keçirilən “Sərhədsiz Xorev” layihəsi çərçivəsində əməkdaşlıq memorandumu da imzalanıb. Bu əməkdaşlıq Gəncəli həkimlərə İsrailin Xayfa şəhərindəki tibb mərkəzində təcrübə keçmək imkanı yaradacaq. Eləcə də Azərbaycan və İsrail arasındakı səhiyyə sahəsindəki münasibətlərdə yeni eranın başlanğıcı kimi qiymətləndirilir.

Roman Barak - tibb mərkəzinin baş həkimi: Səfərimizin məqsədi həkimlər arasında mövcud olan sərhədləri aradan qaldırmaq, sərhədsiz ünsiyyət yaratmaqdır. İmzaladığımız memorandum da məhz buna xidmət edəcək. Biz əldə etdiyimiz tibbi nailiyyətləri, qazandığımız təcrübələri artıq gəncəli həkimlərlə də bölüşə biləcəyik. Burada müəəyyən araşdırmalar aparımaq imkanımız olacaq. Düşünürəm ki, bu əməkdaşlıq hər iki ölkədə tibbin inkişafına daha da təkan verəcək. 

 

Gülnar Fazilqızı