• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 01.03.2018 13:18

Qisas almaq üçün oğurluq etdi

Qisas hissi gözünü necə bürüyübsə, nə azadlığın şirinliyini düşünüb, nə də ki gələcəyini. Masallılı gənc çörəyini qazandığı yerdən əli üzüləndə başqa iş yeri axtarmaq əvəzinə, oğurluğa əl atıb. Təfərrüatları izləyəndə söhbətin tam olaraq nədən getdiyini siz də biləcəksiniz.

Hadisə Abşeron rayonu Novxanı qəsəbəsində baş verib. Türkiyə vətəndaşı Barış Adıgözələ məxsus Məhdud Məsuliyyətli Cəmiyyətin mühasibi olan Nərmin Adilzadə DİN-in ''102'' xidməti zəng mərkəzi sisteminə müraciət edərək,  şirkətə aid avtomobildən 7 min manat dəyərində məişət cihazlarının oğurlandığı barədə şikayət edib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis törədilən cinayətlə bağlı Masallı sakini Ruslan Rzayevi saxlayıb. Məlum olub ki, Rzayev əvvəllər həmin şirkətin işçisi olub. Hadisədən bir neçə gün əvvəl işdən çıxarılıb. Oğurluğu da qisas almaq məqsədi ilə törətdib.

Ruslan Rzayev saxlanılan şəxs : ''Getdim Novxanıya. Maşının qapısını açdım, maşından mikser, tozsoran, qazan dəstləri və başqa əşyaları götürdüm. Hardasa 23 qutu mal idi''.

Ruslan Rzayev oğurladığı məişət avadanlıqlarını qeyri-rəsmi nikahda yaşadığı Günay Şirizadənin kirayədə qaldığı evin həyətinə yığıb. Daha sonra satmaq üçün Masallı rayonuna göndərib.

Günay Şirizadə saxlanılan şəxs : ''Mən qutu görməmişəm, amma rəqəmlər deyirdilər. Xatırlıyıram ki, deyirdi filan qədər qutu getdi, bu qədər gəldi''.

Polis oğurluq əşyaların bir qismini maddi sübut olaraq götürüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.