• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 822
— 01.03.2018 13:10

3 piyadanı avtomobil vurdu

KepezTV Player

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 5-ci Qayıdış qəsəbəsində İxtiyar Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi İsgəndər İsmayılovu vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Bakının Suraxanı rayonunda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Qaraçuxur qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş yerdən keçən 42 yaşlı Səfiyyə Məmmədovanı avtomobil vurub.Hadisəni törədən sürücü yaralını xəstəxanaya özü aparıb. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Nizami rayonu 8-ci kilometr qəsəbəsində də 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçən 33 yaşlı Eldəniz Əzizovu minik avtomobili vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Polis faktlarla bağlı araşdırma aparır.