KepezTV Player
Paytaxtın Suraxanı rayonunda Pakistan vətəndaşları arasında dava baş verib. 2009-cu ildən Bakıda yaşayan 34 yaşlı Əhməd Muhəmməd Navid işdən evə qayıdarkən uzun illər dostluq etdiyi Muhammad Rafakat hücumuna məruz qalıb. Rafakat Navidə çəkiclə zərbələr endirməyə başlayıb.Zərərçəkənin sözlərinə görə, ondan fərqli olaraq işsiz qalan dostu paxıllıq etdiyi üçün belə bir addım atıb. Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
- Baxış: 621