• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 28.02.2018 13:12

Gənclərin mübahisəsi qanlı bitdi

KepezTV Player

Göyçayda gənclər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Qarayazı kəndində kənd sakini, 27 yaşlı Ayaz Əliyev 25 yaşlı Asif Musayevi bıçaqlayıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Məlumata görə, Ayaz Əliyev Qarayazı kənd orta məktəbində bağban, Asif Musayev isə yaşadığı kənddə avtomobil ustasıdır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı