• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2521
— 28.02.2018 13:20

Yol kənarında dayanan qadını maşın vurdu

KepezTV Player

Paytaxtın Nərimanov rayonunda qəza baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Salyan rayon sakini Roman Səfərli idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan Bakı şəhər sakini Nərgiz Həsənovanı vurub və nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Qəzanın səbəbini müəyyən etmək üçün ekspertiza təyin edilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 

Zülfiyyə Telmanqızı