• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 28.02.2018 13:07

Mənzildən 52 yaşlı kişinin meyiti aşkarlandı

KepezTV Player

Bakının Sabunçu rayonunda mənzildən kişi meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar. Evə baxış zamanı oradan 52 yaşlı Niyazi Kərimovun meyiti aşkarlanıb. Hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə təhvil verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı