• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2009
— 26.02.2018 10:02

Yeni Toyota Avalon hibridləşdi

Toyota şirkəti Detroyt avtosərgisinə Avalon sedanını gətizdirib. Modeli Camry və Prius maşınlarının bazasında hazırlayıblar. Avalonun uzunluğu 5 metrə yaxın, eni 1,8, hündürlüyü təxminən 1,5 metrdir. 2,8 metr isə onun təkər bazasının ölçüsüdür. Yenilik əvvəlkindən bütün qabaritlərinə görə iri alınıb. Bu da ona ikinci cərgədə sərnişinlər üçün daha çox yer ayırmağa imkan verib. Avtomobil üçün 8 diapazonlu avtomatik sürət qutusuna birləşik 3,5 litrlik benzin V6 və hibrid güc sistemi əsasında 2,5 litrlik V4 benzin motor əlçatandır. İkinci cərgədə gizlədilən nikel-metalhibrid batareyalı variator və iki elektromotor da hibrid aqreqata daxildir. Onlardan biri batareyadan qidalanır, digəri daxili yanma mühərrikidir. Toyota Avalon-da klimat quraşdırmanı bir blokda birləşdirən və 9 düymlük sensor ekranı olan multmedia sistemi peyda olub. İçəridə Amazon Alexa səs köməkçisinə də rast gəlmək olar. Komplektasiyadan asılı olaraq yeni Avalonu adaptiv işıq diodlu faralar, aktiv asma, 10 düymlük proyeksiya ekranı, mobil qacetlər üçün naqilsiz enerji yığan və digər müasir avadanlıqlarla əldə etmək mümkün olacaq. Yeni nəsil Toyota Avalon sedanı ABŞ-da yaz aylarında satışa çıxarılacaq.