• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 23.02.2018 13:02

Hərəkətdə olan maşın yandı

KepezTV Player

Bakının Binəqədi rayonunda hərəkətdə olan avtomobil yanıb. Belə ki, "VAZ" markalı avtomobil hərəkətdə olan zaman qəfil tüstüləməyə başlayıb. Qısa zaman ərzində avtomobili alov bürüyüb. Sürücü vaxtında maşını tərk etdiyindən xəsarət almayıb. Minik avtomobilinin yanar hissələri yanıb və yüksək temperaturdan yaxınlıqda olan "Mercedes” markalı maşının arxa hissəsinə qismən ziyan dəyib. Əraziyə çağrılan FHN əməkdaşları alovun ətrafa yayılmasının qarşısını ala biliblər. Faktla əlaqədar araşdırmalara başlanılıb.