• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 21.02.2018 14:40

Goranboyda məntəqə seçki komissiyaları üçün seminarlar keçirilib

KepezTV Player

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı 45 məntəqə üzrə 39 min 915 seçicinin qeydə alındığı  96 saylı Goranboy- Naftalan Dairə Seçki Komissiyasında 3 günlük təlimlərə yekun vurulub. Məntəqə sədrlərinə seçkinin şəffaf, demokratik və tələblərə uyğun şəkildə təşkili üçün məlumatlar verilib. 7 məntəqəsində seçki gedişatını canlı müşahidə etmək üçün kameralar quraşdırılan dairənin bütün məntəqələri rabitə və internetlə təmin edilib.

Arif Abbasov - 96 saylı DSK-nın sədri: “ Maarifləndirici tapşırıqlarda Goranboy rayon prokuroru, Goranboy rayon Polis Şöbəsi, Goranboy rayon məhkəməsi çıxış etdi. Öz üzlərinə düşən bütün sualları, seçki qaydalarını və məcəlləsini məntəqə seçki komissiyasının sədrlərinə başa salındı.”

97 saylı Goranboy, Ağdam, Tərtər Dairə Seçki Komisiyasında isə 56 məntəqə üzrə qeydə alınan seçicilərin sayı 35 min 304 nəfərdir. Onlardan 21 min 44 nəfəri Goranboy, 11 min 370-u Ağdam, 2890 nəfəri isə Tərtər rayonunda qeydə alınıb. Seçki Dairəsi üzrə 6 məntəqədə veb-kamera quraşdırılıb. Marifləndirici seminarda Dairələr üzrə dəqiqləşdirilən seçici siyahısının seçkilərə 35 gün qalmış Mərkəzi Seçki Komisiyasına təqdim olunacağı vurğulanıb.

Faiq Məhərrəmov - 97 saylı Dairə Seçki Komissiyasının sədri: “Dərsimizdə Mərkəzi Seçki komissiyasının 2 nəfər nümayəndəsi iştirak etdi. Bunlardan maarifləndirilməsi beynəlxalq və yerli müşaidəçilərlə bağlı Mərkəzi Seçki komissiyasından gələn nümayəndələr bizim aşağı seçki komissoyasının üzvlərini maarifləndirdilər ki, onların yaddaşını təzələdilər ki, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün heç bir qanun pozuntusuna yol verilməsin.”

 

Elton Cabbarlı