• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 20.02.2018 13:45

Saxlanılan şəxsin başqa cinayətləri də üzə çıxdı

KepezTV Player

Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxladığı paytaxt sakininin digər qanunsuz əməlləri də üzə çıxıb. Onun yaşadığı evə baxış zamanı oradan ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram çətənə toxumu, tapança götürülüb. Araşdırmaların davamında cinayətkar dəstənin üzvü olduğu da üzə çıxıb.