• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 19.02.2018 13:18

3 evə oğurluğa girən gənc yaxalandı

KepezTV Player

Bakının Sabunçu rayonu şəhər Şossesi küçəsində yerləşən Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Hadıyev Sabunçu Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, evdə olmadığı müddətdə mənzilin pəncərəsi qırılıb və oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlanıb. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Onun eyni gündə daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır. 

 

Zülfiyyə Telmanqızı