• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 19.02.2018 13:24

Fəhlə bədbəxt hadisə nəticəsində öldü

KepezTV Player

Neftçala sənaye məhəlləsində bədbəxt hadisə qeydə alınıb. Rayon sakini, 28 yaşlı fəhlə Mehman Kərimov sənaye məhəlləsində rəngləmə işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc yaxınlıqdakı adamların köməyi ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı