• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 16.02.2018 13:13

Avtomobil oğrusu saxlanıldı

KepezTV Player

Bakı sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciət Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan ərazisində olduğu müəyyən edilib. Şəhər Polis İdarəsi əməkdaşları maşını qaçırmaqda şübhəli bilinən şəxsin Bakı sakini 31 yaşlı Samir Məhərrəmovu saxlayıblar. Onun Ağalarovun qonşusu olduğu üzə çıxıb. Faktla bağlı araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı