Bu günə xəbərlərin oxunma sayı: 1188
— 12.02.2018 19:04

2 avtomobil toqquşdu, 2 nəfər öldü, 1 nəfər yaralandı

Astaranın Vaqo kəndi ərazisində “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması yol nəqliyyat hadisəsinə səbəb olub. Nəticədə üç nəfər ağır xəsarət alıb. Onlardan Miki kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Digər yaralı “VAZ 2106” markalı avtomobilin sürücüsü Rasim Məmmədov isə xəstəxanada vəfat edib. Abbas Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir. Dünyasının dəyişən Cabbar Nəsirov və Rasim Məmmədovun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı