• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 09.02.2018 01:20

Ötən il Gəncədə 32 piyada avtomobil zərbəsinin qurbanı olub

2017 ci ildə Gəncə şəhəri ərazisində qeydə alınan yol nəqliyyat hadisələrinin 68 faizı yəni 44 hadisə piyadaların vurulması ilə nəticələnib. Bu hadisələr zamanı 16 nəfər ölüb 32 şəxs müxtəlif bədən xəsarətləri alıb. Bu və ya digər səbəbləri nəzərə alan Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində reydlər təşkil edir piyadaları və sürücüləri marifləndirməyə çalşırılar. Bu kimi tədbirlər əsasən təhsil ocaqlarının yaxınlığında hərəkətin intensivliyi müşahidə olunan ərazilərdə həyata keçirilir. Piyadalarla söhbətlər apöarılır onlar keçidlərdən istifadə halları aşılanır. Qayadlara əməl etməyən və polisin qanuni tələbinə məhəl qoymayan şəxslər isə bir qayda olaraq 20 manat məbləğində cərimə olunur.

Vasif Rüstəmov baş inspketor 2017 ci ildə piyadalar tərəfindən 13827 yol hərəkət qayda pozuntusu aşkar olunub. Piyadaların nəzərəinə çatdırmaq istəyirəm ki Gəncə şəhəri ərazisində müəyən olunmuş yerlərdən keçsinlər. Əks halda yol patrul xidməti əməkdaşları tərəfindən onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.

Natiq Hüseyn